AZ

Paytaxtda payız-qış mövsümünə hazırlıq işləri aparılır

Bakı. Trend:

Bir neçə ay əvvəl Moskvada, Nyu-Yorkda və Yaponiyada baş verəngüclü leysanlar xeyli fəsadlara yol açdı. İnkişaf etmiş şəhərlərdəbelə tabiatın qəfil gücü qarşısında nəqliyyat iflic oldu, yaşayışbinaları və infrastruktur ciddi ziyan gördü. Bu isə göstərdi ki,leysan xarakterli yağıntılar təkcə zəif sistemli şəhərlər üçündeyil, ən müasir paytaxtlar üçün də qaçılmaz təhlükədir. Elə bunagörə də Bakı kimi böyük şəhərlərdə də qabaqlayıcı tədbirlərvaxtında və planlı şəkildə həyata keçirilməlidir.

Payız-qış aylarının özü ilə gətirdiyi çətinliklərdən biri dəleysan xarakterli güclü yağıntılardır. Qeyd edək ki, ötən mövsümdəBaki Şəhər İcra Hakimiyyəti paytaxtda baş verən güclü yağıntılarzamanı aidiyyəti qurumlar arasında operativ koordinasiyanı həyatakeçirirdi.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində BŞİH məsələ ilə bağlıaidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Birləşmiş SuTəchizatı Xidməti”nə müraciət edib və görülən tədbirlərlə bağlıməlumat alıb.

Xidmətin təqdim etdiyi məlumata görə, tabeliyindəki Sukanalidarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağışvə tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları vəyağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmıştədbirlər planına uyğun işlər görülür.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan irikollektorların yuyulması,yağlanması və tənzimlənməsi davametdirilir. Mövsümlə əlaqədar, yağıntılar zamanı isə həmin qurğularəvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcıtədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızınöqtələrdə”) briqadalar toplanır, kanalizasiya nasosstansiyalarının fəaliyyəti, yağış sularının təxliyyəsi üçün nəzərdətutulmuş xəttlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri dəhəyata keçirilib:

Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçünnəzərdə tutulmuş xəttlər salınıb, bəzi ərazilərdə isə buistiqamətdə işlərə başlanılıb. Qeyd edilib ki, görülən bu işlərqısamüddətli plan çərçivəsindədir.

Bundan əlavə Xidmət bu istiqamətdə uzunmüddətli tədbirlər dəhəyata keçirir. Bu konteksdə yeni kollektorlarla bağlı görülənişlər də diqqət çəkir. Leysan xarakterli yağışların yağması zamanısuların kənarlaşdırılması məqsədi ilə bir necə istiqamətdə yenikollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərinbaşlanılmasına hazırlıq aparılır. Onu da nəzərə almaq lazımdır ki,bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlərbaşa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlartədricən azalacaq.

Seçilən
37
3
az.trend.az

10Mənbələr