AZ

Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.

Sherg.az xəbər verir ki, görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının, bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini qeyd edib.

Görüşdə deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil olunan tədbirlərdə iştirakından məmnunluq ifadə edilib.

Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O, Milli Məclis sədrinin AİPA-da iştirakından və onunla Assambleya çərçivəsində görüşməkdən məmnun olduğunu bildirib.

Söhbət zamanı, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Spiker Sahibə Qafarova Kamboca parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştirakından məmnunluğunu ifadə edib.

Milli Assambleyanın sədri Xuon Sudari isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülmüş işləri, həmçinin Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Seçilən
25
14
sherg.az

10Mənbələr