UEFA Çempionlar Liqasının rəsmi Feysbuk səhifəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edilib.
Axar.az xəbər verir ki, paylaşımda Qurban Qurbanovun fotosu paylaşılıb və aşağıdakı sözlər yer alıb.
“Qarabağ”ın “Benfika” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!”
Qeyd edək ki, ötən gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.