AZ

Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO

Sabiq Müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib. Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan MR Ali məclisinin deputatı olub.

Fotoları təqdim edirik
Tarix: 18 Sentyabr 2025, 15:07   
Seçilən
7
27
pravda.az

10Mənbələr