AZ

Xərçənglə mübarizədə yeni ümid: Alimlərdən inanılmaz üsul

Pittsburq Universitetinin alimlərinin fikrincə, şişlərin daxilindəki aqressiv mühit - aşağı oksigen səviyyəsi və yüksək turşuluq xərçənglə mübarizə aparmalı olan T immun hüceyrələrini zəiflədir.

Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Immunity" jurnalında dərc olunub.

Tədqiqatçılar aşkar ediblər ki, şiş mühitinin T hüceyrələrinin mitoxondrilərində (enerji stansiyaları) yaratdığı stres, oksigenin aktiv formalarının ifrazına səbəb olur. Bu molekullar xromosomların uclarında yerləşən qoruyucu bölgələri olan telomerləri zədələyir və nəticədə T hüceyrələri xərçəng hüceyrələrini məhvetmə qabiliyyətini itirir.

Mexanizmin işləmə prinsiplərini yoxlamaq üçün komanda siçanlar üzərində təcrübələr aparıb. Uzaq qırmızı işığa məruz qaldıqda, bu heyvanların mitoxondriləri zədələnib. Nəticə eyni olub: T hüceyrələri aktivliyini itirib. Bu, mitoxondriya və telomerlər arasında sıx əlaqə olduğunu göstərib.

T hüceyrələrinin funksiyasını bərpa etmək üçün alimlər yalnız telomerləri hədəf alan, seçici antioksidant molekul hazırlayıblar. Bu molekullarla modifikasiya edilmiş T hüceyrələr şişlərlə effektiv mübarizə aparmaq qabiliyyətini bərpa edib. Melanomadan əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələrdə bu hüceyrələr heyvanların sağ qalmasını əhəmiyyətli dərəcədə artırıb və şişin ölçüsünü azaldıb.

Seçilən
0
2
demokrat.az

3Mənbələr