AZ

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb

Ötən gün səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb.

Bu barədə XəzərNews.az-a Bakı şəhəri təhsil idarəsindən məlumat verilib.

Təhsil idarəsindən bildirilib ki, paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədovatutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
29
34
xezernews.az

10Mənbələr