Qeyd olunub ki, Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir infrastruktur da qurulub: "Xankəndinin dayanıqlı enerji təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq "Xankəndi-1" yarımstansiyası tikilib və artıq istismara hazırdır. "Şuşa" yarımstansiyasından bura 12 km uzunluqda ikidövrəli xətt çəkilib, şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin olunub. 110 kV "Xankəndi-1" yarımstansiyasından 110 kV "Ağdam Qovşaq" və "Həsənriz" yarımstansiyaları istiqamətində yeraltı kabel tunelləri tikilib. Xankəndi Şəbəkə Sahəsinin işçi heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə cəlb olunub. Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər, Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib, həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik xətt tamamlanıb. Tərtərçay üzərində 14,7 MVt gücündə "Qozlukörpü" Kiçik Su Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda son sazlama mərhələsindədir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta