AZ

Formula 1 üzrə Azərbaycan Qran-Prisində sıralama turu başladı

BAKI, 20 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşdə 10 komanda iştirak edir.

Bu gün baş tutan üçüncü sərbəst yürüşdə "Maklaren"in pilotu Lando Norris birinci olub.

Britaniyalı sürücü ötən gün keçirilən birinci sərbəst yürüşdə də bütün rəqiblərini qabaqlamağı bacarıb. İkinci sərbəst yürüşü isə "Ferrari"dən Lüis Hemilton qazanıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
7
47
teleqraf.com

10Mənbələr