AZ

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Bakı. Trend:

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısıalınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən xəbərə görə, dövlətsərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotikvasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuzdövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəddəstəsinin xidməti ərazisində İran İslam RespublikasındanAzərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulmasıhalının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsindəxidməti ərazidən ümumi çəkisi 13 kiloqram 600 qram narkotik vasitəmarixuana aşkar olunaraq götürülüb.

Məqalədə:
Seçilən
3
33
az.trend.az

10Mənbələr