AZ

Lənkəranın 30 a yaxın kəndinin qazı KƏSİLƏCƏK

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” qaz paylayıcı stansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xətti üzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə, 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə 14 000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Lənkəran Rayon qaz İstismar İdarəsindən məlumat verilib.

Bildirilib ki, 24.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən Hirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran, Moğonojba, Şürük, Şıxəkəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim, Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - əlavə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
8
modern.az

10Mənbələr