AZ

Bu şəxslər üçün Azərbaycan və Cibuti arasında viza rejimi ləğv edildi

BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə C. Bayramov "X" sosial media hesabında paylaşım edib.

"Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik", - nazir paylaşımda bildirib.

O qeyd edib ki, görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Seçilən
27
13
teleqraf.com

10Mənbələr