AZ

Laçında İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

Yazını böyüt
Yazını kiçilt

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll olunması üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası təşkil edilib.

Hafta.az xəbər verir ki, cari ilin beşinci iclasına sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. İclasda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası müzakirə edilir.

Həmçinin təhlükəsiz bərk tullantıların idarəolunması ilə bağlı görülmüş işlər və zərərsizləşdirmə aparılan poliqon sahələri, azad edilmiş ərazilərdə yerin təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan problemlər və onların həlli yolları nəzərdən keçirilir.

Seçilən
7
11
hafta.az

10Mənbələr