AZ

Bakıda bu il 23 mlrd. manatdan çox məhsul satılıb

2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 23 milyard 554,6 milyon manat olub.

Bu barədə “APA-Economics” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10598,8 milyon manat olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Seçilən
0
18
apa.az

10Mənbələr