AZ

“Qarabağ”ın “Kopenhagen”lə oyunundan öncə mərkəzi arenanın tribunalarına işğaldan azad edilmiş ərazilərin adları verilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunda bəzi yeniliklər edilib.

Klubdan XQ-ə verilən məlumata görə, tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib. Həmin sektorlara işğaldan azad edilmiş ərazilərin adları verilib.

VIP sektorlar: Qubadlı VIP, Zəngilan VIP, Füzuli VIP, Cəbrayıl VIP, Xocalı VIP, Laçın VIP, Kəlbəcər VIP.

VVIP sektorlar: Ağdam VVIP, Şuşa VVIP, Xankəndi VVIP.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək oyunun biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletləri əldə edə bilərlər.

Seçilən
6
5
xalqqazeti.az

10Mənbələr