AZ

DİM sədri: Bəzi ödənişli ixtisaslara qəbul olanlar təhsillərini dövlət sifarişi üzrə davam etdirəcək

Yaxın günlərdə bakalavriat səviyyəsi üzrə bəzi ödənişli ixtisaslara qəbul olanlar təhsillərini dövlət sifarişi üzrə davam etdirəcək.

Hakimiyyet.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunduqdan sonra boş qalan dövlət sifarişli yerlər açıqlanacaq: "Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir".

M.Abbaszadə xatırladıb ki, bu il 804 nəfər magistratura üzrə ödənişli təhsildən dövlət sifarişli yerlərə keçirilib.

Seçilən
12
19
hakimiyyet.az

10Mənbələr