AZ

Qubada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

Qubada ölümlə nəticələnən qəza baş verib.
"Unikal"ı
n Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Ağbil kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi  “VAZ-21011” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada həkimlərin səylərinə baxmayaraq ölüb. 

Avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Asiman Qaraca

Seçilən
24
6
unikal.az

10Mənbələr