AZ

Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Gəncə şəhərində III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

İdman.biz xəbər verir ki, şəhər stadionunda baş tutacaq tədbirə saat 19:00-da start veriləcək.

Mərasimdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

Qeyd edək ki, sentyabrın 26-da start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir. Yarışa oktyabrın 8-də, Gəncə şəhər stadionunda yekun vurulacaq.

İdman.biz

Seçilən
9
26
idman.biz

10Mənbələr