AZ

Baş nazir Əli Əsədov Minskə səfərə gedib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gedib.

Editor.az  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.

“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarusun baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.

Seçilən
21
32
editor.az

10Mənbələr