AZ

NASA Ayda kənd tikmək planlarını açıqlayıb

Amerika Kosmik Agentliyi (NASA) 2035-ci ilə qədər Ayda insanların məskunlaşa biləcəyi bir kənd tikmək niyyətindədir...

Poliqon Daily Mail-ə istinadən xəbər verir ki, bu barədə NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.

O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların olduğu bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.

2026-cı ilin fevralında NASA Artemida II missiyasını işə salmağı və 50 ildən sonra Aya ilk səfərə dörd astronavtı göndərməyi planlaşdırır.

Bu dəfə Aya eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, astronavtları daimi olaraq yerləşdirməyə qadir olacağı və Ay səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.

O əlavə edib ki, Aysal kəndini tikdikdən sonra NASA Marsa eniş istiqamətində sürətli addımlar atmağı planlaşdırır.

Poliqon.info

Seçilən
18
9
poliqon.info

10Mənbələr