AZ

Sağlam həyat tərzi ürək xəstəliklərini necə azaldır? Kardioloq açıqladı

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son dövrlərdə 40 yaşdan yuxarı kişilərdə ürək tutmalarının artması diqqət çəkir. Bu yaş qrupunda tez-tez rast gəlinən halların səbəbləri və onların qarşısının alınma yolları xüsusi maraq doğurur.

Bəs, kişilərdə ürək tutmalarının əsas səbəbləri nələrdir və bu problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan kardioloq Arzuman Talıbov vurğulayıb ki, ürək-damar xəstəlikləri arasında qəfləti ölümlərə ən çox səbəb ürəyin işemik xəstəliyi (ÜİX), xüsusən də onun kəskin təzahürü olan miokard infarktıdır:

“ÜİX-in (miokard infarktın) artmasına qeyri-sağlam həyat tərzi — oturaq həyat, balanssız qidalanma (xüsusən sadə karbohidratlar və fast food), yüksək qan təzyiqi, siqaret istifadəsi, xolesterinin yüksəkliyi, diabet, piylənmə və stress kimi risk faktorları səbəb olur.

Son dövrlərdə insulinə rezistentlik, metabolik sindrom, piylənmə və diabet kimi risk faktorlarının gənclər və orta yaşlı insanlar arasında artması da ürək xəstəliklərinin sürətlə artmasına gətirib çıxarır”.

Kardioloq sağlam həyat tərzi və profilaktik müayinələrin əhəmiyyətindən də danışıb:

“Sağlam həyat tərzinə əməl etmək çox önəmlidir: düzgün qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq və siqaretdən uzaq durmaq lazımdır.

Həmçinin artıq çəki və piylənmə ilə mübarizə aparmaq, qan təzyiqinə, qandakı şəkər və xolesterin səviyyəsinə nəzarət etmək, stressdən mümkün qədər uzaq olmaq və gec olmamaq şərti ilə hər gecə 7-8 saat yuxu almaq tövsiyə olunur.

Profilaktik müayinələr də vacibdir, xüsusən risk faktorları olan insanlar üçün. Siqaret çəkən, yüksək təzyiqi olan, artıq çəkisi olan, az hərəkət edən və qanda xolesterin səviyyəsi yüksək şəxslər mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər.

Xüsusilə irsiyyətində, gənc yaşda ürək-damar hadisələri olan insanlar kardioqoloqun nəzarəti altında olmalıdırlar”.

Gülxanım Əliyeva 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
icma.az

10Mənbələr