AZ

Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavininin növbəti məhkəməsi keçirilib

Bakı.Trend:

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik HüquqiŞəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumundirektor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəməprosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəprokuror ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı cinayət işi üzrə təqsirli bilinən ElşənMustafayev və Zamin Əliyevin 10 il müddətə azadlıqdan məhrumedilməsini istəyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin“Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoruişləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktormüavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədəkeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işibaşlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbirolub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinəmaneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicəmüddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almalarıüçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalaraqəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərinxüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərləayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvətqismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin ƏliyevəCinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadəağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət almaqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrartörədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrindəmüstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilib.

Seçilən
14
9
az.trend.az

10Mənbələr