Filippində 6,9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə "ABS-CBN Nyus" məlumat yayıb.
Tektonik mənşəli zəlzələnin episentri Sebu əyalətinin Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə yerləşib.
Qeyd olunub ki, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb.
Yeraltı təkanlar nəticəsində 30 nəfər ölüb, 37 nəfəri isə yaralanıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.