AZ

Emin Əmrullayev Ceyhun Kərəmovu işdən ÇIXARDI

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən çıxarılıb.

Bakupost.az xəbər verir ki,Ceyhun Kərəmov vəzifəsindən azad olunması üçün ərizə ilə nazir Emin Əmrullayeva müraciət edib. Nazirin əmri ilə o, direktor vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü ildə isə Agentliyin direktoru vəzifəsinə təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
11
www.bakupost.az

10Mənbələr