Yazını böyüt
Yazını kiçilt
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.
Hafta.az xəbər verir ki, bu barədə modern.az-a direktorun özü məlumat verib.
O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir:
“65 yaşıma iki il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm”.
Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.