AZ

Qarabağ" "Kopenhagen"i də məğlub etdi -

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib. Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.***22:28Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.***21:49Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.***21:33Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.***21:14Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.***20:45Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

Seçilən
2
19
metbuat.az

10Mənbələr