Ajans.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. Beləliklə, Mask sərvəti yarım trilyon dolları keçən ilk insan olub. Jurnal xatırladıb ki, 2020-ci ilin mart ayında onun sərvəti 24,6 milyard dollar qiymətləndirilib. Beş ay sonra Tesla səhmlərinin sürətlə artması sayəsində o, tarixdə 100 milyard dollara çatan beşinci şəxs olub. 2021-ci ilin sentyabrında Maskın sərvəti 200 milyard dollar, noyabrında 300 milyard dollar, 2024-cü ilin dekabrında isə 400 milyard dollar olaraq qiymətləndirilib. "Forbes"in proqnozlarına görə, mövcud tendensiyalar davam edərsə, Mask 2033-cü ilin martına qədər trilyonçu ola bilər.
Dünyanın ən varlı adamları sıralamasında Maskdan sonra "Oracle"ın sədri Larri Ellison (351,6 milyard dollar), "Meta"nın həmtəsisçisi Mark Zukerberq (246,1 milyard dollar), "Amazon"un qurucusu Ceff Bezos (233,2 milyard dollar) gəlir.