AZ

Qurban Qurbanovdan Mourinyoya cavab

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə dünənki matçdan (2:0) sonra "Benfika"nın baş məşqçisi Joze Mourinyonun son açıqlamalarında birinə münasibət bildirib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, jurnalistin "Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?" sualı ilə bağlı Q.Qurbanov deyib:

"Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir".

Seçilən
11
17
axar.az

10Mənbələr