AZ

15 yaşlı oğlana qeyri etik hərəkətlər edən gizirin Cəzası ağırlaşdırıldı

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvanda tiktokda tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər edən gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilmişdi.

“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Ali Məhkəməsi iki ay əvvəl verilmiş həmin hökmü dəyişib.

Məhkəmə zərərçəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib. Hakimlər birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndirib.

Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb.

Qeyd edək ki, S.Pənahova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiya həddində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
14
qafqazinfo.az

10Mənbələr