AZ

Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə əlaqədar paylaşım edib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin ƏməkdaşlıqGünü ilə əlaqədar rəsmi "Instagram" hesabında paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olanNaxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdəntəbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasındaböyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.

Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadivə humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türkxalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfəverrmişdir.

Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsiistiqamətində səylərini bundan da sonra davam etdirəcək.Qardaşlığımız əbədidir!"

Prezident
Seçilən
18
33
az.trend.az

10Mənbələr