AZ

Qəzzanın idarəçiliyi müstəqil hakimiyyətə təhvil verilə bilər − HƏMAS razılaşdı


Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı təklif etdiyi plana cavabını vasitəçilərə təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” HƏMAS-ın yüksək rütbəli mənbəsinə istinadən məlumat yayıb.
“HƏMAS prezident Trampın planına cavabını vasitəçilərə təqdim edib”, - mənbə bildirib.
Qruplaşma Trampın Qəzza planına cavabını vasitəçilərə təqdim etdiyini təsdiqləyib.
Bildirilib ki, HƏMAS bütün canlı girovları azad etməyə və ölənlərin cəsədlərini qaytarmağa razılaşıb.
Həmçinin, hərəkat üzvləri Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
Seçilən
1
1
yeniavaz.com

5Mənbələr