Demokrat.az Lent.az-a istinadla xəbər verir ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb. Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.
Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadan Azərbaycana gəlib:
"Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyyatına toxunur. Buna görə də, dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb".
Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil.
10Mənbələr
-
olke.azKüçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22057447)
-
musavat.comKüçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22054312)
-
editor.azKüçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22052560)
-
bizim.mediaGəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22051654)
-
redaktor.azKüçədə söyüş söyən tiktoker həbs olundu ( 22050883)
-
bakivaxti.azKüçədə söyüş söyən tiktoker həbs olundu ( 22050265)
-
news365.azKüçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22050025)
-
milli.azKüçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22049542)
-
avtosfer.azGəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU ( 22048588)
-
Ajans.azKüçədə söyüş söyən tiktoker həbs olundu ( 22048315)