AZ

Qaraməryəm–İsmayıllı–Şəki yolunda ağır qəza...

Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
16
sia.az

10Mənbələr