AZ

“Qarabağ” onun üzünə xoşbəxt oldu - VİDEO

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.

37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 13 xalla ikinci pillədə qərarlaşıb.

Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

"Qarabağ" - "Kəpəz" 1:0

Seçilən
102
49
sportinfo.az

10Mənbələr