AZ

Şirvanda ərinin 11 bıçaq zərbəsi vurduğu TƏBİB əməkdaşının vəziyyəti açıqlanıb - YENİLƏNİB

“Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb”.

APA xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.

O bildirib ki, xəsarət ana şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

19:14

Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Qeyd edək ki, L.Qambayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
8
apa.az

10Mənbələr