AZ

Rusiya İranda atom elektrik stansiyaları tikəcək

ain.az bildirir, Unikal.az portalına istinadən.

İran Rusiya ilə birlikdə ümumilikdə səkkiz ədəd atom elektrik stansiyası tikmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib. 

Onun sözlərinə görə, ölkələr arasında müvafiq protokol qüvvədədir.

"Buşehrdəki stansiyalardan biri artıq fəaliyyətdədir (o, 2011-ci ildə elektrik şəbəkəsinə qoşulmuşdu – red.), ikisi tikilir, daha beşinin isə Hörmüzqan əyalətində tikilməsi planlaşdırılır", - deyə o qeyd edib. 

Eslami iyun ayında İsrailin hücumları zamanı nüvə obyektlərinə dəyən zərər barədə məlumat verib və onların bərpası üçün görüləcək tədbirləri açıqlayıb.

Xatırladaq ki, İran və Rosatom sentyabr ayında dörd müasir üçüncü nəsil nüvə enerji blokunun tikintisinə dair 25 milyard dollarlıq müqavilə imzalamışdı.

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
124
11
unikal.az

10Mənbələr