AZ

Fransa - Azərbaycan oyunu norveçlilərə əmanət

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu norveçli hakimlər briqadasına tapşırılıb.

Fanat.Az xəbər verir ki, matçın baş hakimi Rohit Saqqi olacaq.

Ona Yorqen Ronninq Valstadsve və Ole Andreas Haukasen yardım edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Qeyd edək ki, oktyabrın 10-da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səsləndiriləcək.

Seçilən
70
9
fanat.az

10Mənbələr