AZ

Azərbaycan millisi Fransa ilə qarşılaşacaq

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. Parisdəki  “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Hazırda D rupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. 

Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan 

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

Seçilən
6
6
demokrat.az

10Mənbələr