AZ

Millimiz 30 il sonra Fransa ilə üz üzə...

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun komandası Fransanın qonağı olacaq.

Parisdəki  “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. 

Bu qrupun digər oyununda isə İslandiya Ukraynanı qəbul edəcək.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl bu komandalar Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. 1994-cü ildə Trabzonda keçilmiş ilk qarşılaşmada Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub. 1995-ci ildə Oser şəhərində baş tutan ikinci oyunda isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan 

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

22:45. İslandiya – Ukrayna

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
5
qafqazinfo.az

10Mənbələr