Ajans.az xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı. Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı. Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər. Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər. Sonra sülh sazişinin imzalanması mərasimi oldu.