“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib”. Bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib. O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis dillərindədir.
XQ