AZ

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi

Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Məlumat üçün bildirək ki, R.Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən sonra həmin şuranın üzvü təyin edilmişdi.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Seçilən
5
5
publika.az

10Mənbələr