"Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin əvvəlindən 14,7% və ya 10,5 milyard ABŞ dolları artaraq 81,5 milyard ABŞ dollarına çatıb, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 milyard ABŞ dolları səviyyəsində formalaşmışdır."
Marja.az-ın məlumatına görə, bunu faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasına dair mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirirb.
"Strateji valyuta ehtiyatlarımız 37 aylıq mal və xidmətlərin idxalınıı ödəyə bilir, geniş Manat kütləsini, yəni Dünyada olan bütün manatların həcmini 3,7 dəfə üstələyir", - Mərkəzi Bankın sədri deyib.