AZ

Qazaxıstan ordusu ölkəyə daxil olan PUA-nı vurdu

BAKI, 23 oktyabr. TELEQRAF

Qazaxıstan Müdafiə Nazirliyi hava məkanına nəzarətin gücləndirilməsi və hava obyektlərinin dövlət sərhədini icazəsiz keçməsinin qarşısının alınması məqsədilə əlavə tədbirlər gördüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, görülən tədbirlər çərçivəsində Qərbi Qazaxıstan vilayətində naməlum PUA partlayışı baş verib, onun qalıqları yaşayış məntəqələrindən uzaq bir ərazidə tapılıb.

İtki və maddi ziyan barədə məlumat verilməyib.

Aidiyyəti dövlət orqanları ilə birlikdə hadisənin baş vermə şəraiti və obyektin mənşəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Qazaxıstan Müdafiə Nazirliyi hava məkanına nəzarətin gücləndirilməsi və dövlət sərhədinin hava obyektləri tərəfindən icazəsiz keçməsinin qarşısının alınması məqsədilə əlavə tədbirlər görüb. Bu cihazların aid ola biləcəyi xarici tərəfdaşlarla da məsləhətləşmələr aparılır”, - nazirliyin məlumatında deyilir.

Seçilən
23
23
teleqraf.com

10Mənbələr