AZ

“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb

İstifadəçilər mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər. Ajans.azxəbər verir ki, bununla bağlı “Bolmart”-dan məlumat verilib Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil. Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi. Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Seçilən
23
9
Ajans.az

10Mənbələr