AZ

İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.

Aznews.az xəbər verir ki, dövlətimizin başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.

Prezident İlham Əliyev dedi: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Salam, xoş gördük.

Sakinlər: Allah Sizi var eləsin, cənab Prezidentimiz. Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sizi hamımız çox istəyirik.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Bu gün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının hüdudları demək olar ki, daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilib. Mən bilirəm ki, siz bu gün buraya gəlmisiniz. Hələ demək olar ki, yerləşməmisiniz. Ancaq əlbəttə ki, gələn günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Seçilən
39
16
aznews.az

10Mənbələr