AZ

Braziliyada hökumət qüvvələri ilə narkokartellər arasında qarşıdurma baş verib, 60-dan çox ölən var

Braziliyanın Rio-de-Janeyro şəhərində hökumət qüvvələri ilə narkokartellər arasında silahlı toqquşma nəticəsində azı 60 nəfərin öldüyü bildirilir.

APA xəbə verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, şəhər tam blokadaya alınıb. Hütün yollar və prospektlər barrikadalar və qaçırılmış avtobuslarla bağlanıb. Şəhərin narkoticarətinin təxminən 70 faizinə nəzarət edən yerli silahlı qruplar genişmiqyaslı polis əməliyyatına cavab olaraq Rio-da lokdaun rejimi tətbiq ediblər.

Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastro ölkə prezidenti Lula da Silvanı vəziyyətə hərbi qüvvə göndərməkdən imtina etməkdə ittiham edib.

Seçilən
22
24
apa.az

10Mənbələr