Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Pilot İnşaat - A" MTK vətəndaşa xəbərdarlıq etmədən onun evini əşyaları ilə birgə yerlə bir edib.
Moderator.az "Xəzər TV"yə istinadən xəbər verir ki, müraciət edən vətəndaşın sözlərinə görə, 2017-ci ildən bəri evsizdir və MTK ona kompensasiya ödəmir.
Şikayətçi Camal Rzayev iddia edir ki, 2017-ci ildə "Pilot İnşaat - A" adlı MTK tərəfindən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 ünvanındakı fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan sökülüb.
Sakinin sözlərinə görə, onun fərdi evi 240 kvadratmetr olduğu halda "Pilot İnşaat - A" MTK vətəndaşa 150 kvadratmetr mənzil təklif edib.
Bundan sonra vətəndaş məhkəməyə müraciət edib.
Camal Rzayev iddia edir ki, məhkəmə qərarına əsasən "Pilot İnşaat - A" MTK vətəndaşa 181 min manat da ödəməlidir. Özünü MTK rəhbəri kimi təqdim edən Valeh Ağayev vətəndaşın iddiaları ilə bağlı sualların cavabının şirkətin hüquqşünası Etibar Paşayev tərəfindən cavablandırılacağını desə də, o, telefon zənglərinə cavab verməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: