Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru ÜlkərSəttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli AzərbaycanMaliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz DövlətSosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavinivəzifəsinə təyin ediliblər.
Trendxəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, Pərviz Müseyibli bakalavr təhsilini Bakı DövlətUniversitetində (BDU) “Mexanika” ixtisası üzrə, magistraturatəhsilini isə “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə alıb.O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktoranturatəhsilini tamamlayaraq “Mexanika” üzrə fəlsəfə doktoru elmi adınalayiq görülüb.
Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanikaİnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçivəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətinidavam etdirir. P. Müseyibli AMEA-nın Gənc Alim və MütəxəssislərŞurasının idarə heyətinin, eləcə də “Gənc tədqiqatçı” jurnalınınredaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərinmüəllifidir.
Ramilə Tağıyeva bakalavr təhsilini BDU-da “Kimya” ixtisası üzrəalıb və hazırda Gəncə Dövlət Universitetində “Kimya” ixtisası üzrəmagistr təhsilini davam etdirir. 2014-cü ildən etibarən TovuzDövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O,2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdirivəzifəsində çalışıb.