AZ

“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxıb.

Satışa saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manat təşkil edir. Biletlər yalnız iTicket.az mobil tətbiqi və saytı üzərindən əldə oluna bilər.

Qeyd edək ki, qarşılaşma noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:45-də start götürəcək.

Seçilən
21
37
afn.az

10Mənbələr