AZ

U23 dünya çempionatında tarixi uğur

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatındagüləşçilərimiz 7 medal qazandı.

Trend xəbər verirki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialındatəmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklətarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yanakeçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarınagörə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan(5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov(125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), GünayQurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cüpilləsinə yüksəlib.

Seçilən
3
9
az.trend.az

10Mənbələr